Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir.
Bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
"Mən deyərdim ki, o, qlobal səviyyəli əsas beynəlxalq forumlarla bir sırada dayanır. Burada böyük təcrübəyə malik iştirakçılar - prezidentlər, baş nazirlər, parlament sədirləri, tanınmış ictimai xadimlər, diplomatlar, biznes icmasının, vətəndaş cəmiyyətinin və həyatımızın müxtəlif sahələrinin nümayəndələri fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də insanların həyatını necə daha yaxşı, daha təhlükəsiz və daha qorunaqlı etmək üçün ideyalar hazırlamaq məqsədilə bir araya gəlirlər".
Dövlət başçısı əlavə edib ki, bu il forumun gündəliyi çox genişdir və çoxsaylı məsələləri əhatə edir.
Oxunub: 0