Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Xəzər Universitetinin Hüceyrə Patalogiyası Tədqiqat Mərkəzinin direktoru İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub. 2026-cı il martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova yeni direktor müavini İradə Xəlilovanı kollektivə təqdim edib. Görüş zamanı institutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb.
Qeyd edək ki, İradə Xəlilova 2020 - 2024-cü il illərdə Xəzər Universitetinin rektoru vəzifəsində çalışıb.
Oxunub: 38