Dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidi 2027-ci ilin dekabr ayında tamamlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, dövlət İT infrastrukturunun 100 % "Hökumət buludu" üzərindən idarə edilməsi, əməliyyat xərclərinə qənaət və kiberdayanıqlılığın təmin edilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Oxunub: 0