dini radikalizm və ekstremizmlə mübarizə

Biz, Adil Əliyev kimi məmurların qədrini bilməliyik!


Bakının Suraxanı rayonunun əksər yaşayış məntəqələrində adət - ənələrimiz həm qorunur, həm də təbliğ olunur. Əhalinin böyük əksəriyyəti öz halal zəhməti ilə ailə - uşaqlarını dolandırır.
İl yarım öncə Suraxanıya İcra Başçısı təyin edilən Adil Abış oğlu Əliyev də milli adət - ənələrə hörmətlə yanaşan bir insandır. 7 ildi yaxından tanıyıram Adil müəllimi. O, sadəliyi, işgüzarlığı, vətənpərvərliyi ilə çoxlarına nümunədir. O, ətrafında olan idmançılarla birlikdə və mütəmadi olaraq şəhid ailələrinə, qazilərə baş çəkir, həmçinin, onlara maddi dəstək göstərir.
Adil Əliyev Azərbaycan Kik -boksinq Federasiyasının Federasiyasının Prezidenti kimi və mənim rəhbərlik etdiyim "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bəzi fəalları dəfələrlə cəbhə bölgələrinə səfər edib, şanlı Ordumuzun şəxsi heyəti ilə görüşüb. Biz, İctimai fəal olaraq, zabit, gizir və əsgərin qarşısında maraqlı və yaddaqalan əyləncəli tədbirlər keçirmişik.Təbii ki, iş olan yerdə nöqsan da olacaq.
Fevralın 17-də mən, belə bir məlumata rast gəldim: Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov toplantı keçirib.Toplantnın sonunda Suraxanı İcra Hakimiyyətinin başçısı Adilə Əliyevə töhmət, Xəzər rayon İcra Hakimiyyətinin başçısına isə xəbərdarlıq elan edilib.
İnsafla danışsaq, Adil Əliyev bu töhmətə layiq deyil. Biz, ictimai fəal olaraq Adil Abış oğlu Əliyevi müdafiə edirik.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist.
18.02.2026.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR