Birinci Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.
İtkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir. Mülki şəxs Əhmədova Zibeydə Bədəl qızı fevralın 20-də Xocalı şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək.
Oxunub: 0