dini radikalizm və ekstremizmlə mübarizə

Yağıntılar nə vaxt kəsiləcək?

Yağıntılar nə vaxt kəsiləcək?

“Fevralın 11-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Ayın 12-si Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə hava şəraitinin mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız olacağı gözlənilir”.

Bu barədə AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sabah gündüz Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək: “Güclü şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. Bölgələrdə də sabah yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır”.

Gülşad Məmmədova deyib ki, fevralın 10-12-də yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR