dini radikalizm və ekstremizmlə mübarizə

Prof.Akad. Hamlet İsaxanlının Qarabağ münaqişəsinə həsr olunmuş “Mənim Qarabağım və ya Qarabağ Düyünü” adlı kitabı beynəlxalq elmi araşdırmaya cəlb edilib


Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabına həsr olunmuş məqalə beynəlxalq jurnalda

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Qarabağ münaqişəsinə həsr olunmuş “Mənim Qarabağım və ya Qarabağ Düyünü” adlı kitabı beynəlxalq elmi araşdırmaya cəlb edilib.

Kitabla bağlı elmi araşdırma Türkiyənin Kafkas Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül Gulusoy tərəfindən aparılıb. Tədqiqatçının “Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ Düyünü” Kitabı: Qarabağ Münaqişəsinin Obyektiv və Tarixi-Xronoloji Təhlili” adlı məqaləsi “International Journal of Social and Humanities Sciences Research” (Uluslararası Sosyal ve Beşeri Bilimler Araştırma Dergisi) beynəlxalq ikidilli (türkcə və ingiliscə) elmi jurnalında dərc olunub (Cild 13, sayı 127, 2026).

Araşdırmada adı çəkilən kitabda Qarabağ mövzusunun ictimai-tarixi, ədəbi və düşüncə aspektlərindən təqdimatı, müəllifin mövzuya yanaşma xüsusiyyətləri və ideya-məzmun qatları elmi müstəvidə təhlil edilib. Məqalədə kitabın münaqişə mövzusunun bədii və publisistik ifadəsi baxımından əhəmiyyəti xüsusi vurğulanır.

Oxunub: 10
Oxşar xəbərlər
SON XƏBƏRLƏR