dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yeni dayanacaqlar quraşdırılacaq

Bakıda yeni dayanacaqlar quraşdırılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həm paytaxtda, həm də regionlarda sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq və şəffaf idarəetməni təmin etmək məqsədilə tender layihələrinə start verib.

Agentlik tərəfindən elan olunmuş tenderlərin ehtimal olunan cəmi qiyməti 3 693 073,57 azn (üç milyon altı yüz doxsan üç min yetmiş üç manat, əlli yeddi qəpik) təşkil edir.

Layihələrin ən böyük hissəsi sərnişinlərin rahatlığının təmin olunmasına yönəldilib.

Belə ki, Bakı şəhəri və müxtəlif regionlardakı küçə və prospektlərdə müasir standartlara cavab verən yeni avtobus dayanacaq pavilyonlarının quraşdırılması planlaşdırılır.

Bu genişmiqyaslı infrastruktur işləri üçün 3 654 073,57 AZN vəsait ayrılıb.

AYNA öz maliyyə fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün audit xidmətinin satın alınmasını da həyata keçirir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış hesabatların kənar auditi üçün 39 000,00 AZN məbləğində büdcə müəyyən edilib.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR