dini radikalizm və ekstremizmlə mübarizə

Emil Nəzərlinin qələmindən süzülən qəm laylaları


Vaxtsız həyatdan köçən Nigar Nəzərliyə, Atası həkim - stamatoloq Emil Nəzərlinin ithafları.

Olmusan

Ey könül yandır şəmi ,zülmətlə həmcan olmusan
Bağlayıb peymanəni dərdinlə mehman olmusan.
*
Canı cananın alıb, həsrətlə dolmuş gözlərin
Əqlini başdan alıb, zehninlə üsyan olmusan.
*
Arılıb ruhun bədəndən, seyr edər əsmaları
Sanma dünydan çıxıb, dərdinlə pünhan olmusan.
*
Göz yaşın bihudə tökmə torpağa doymaz , fəqət,
Həzrəti Yaqub kimi du çeşimi- giryan olmusan.
*
Bir təsəlli cənnəti-Rizvanda var yol gözləyən,
Dincələ ruhun , Emil, bir zərrə sahman olmusan.

Cananım ilə

Nə ola ya Ya Rəbb sınasan səbrimi öz canım ilə,
Al əlimdən dəyişim canımı cananım ilə.
*
Can nədir ki , verərəm mən onu peşkəş gülümə,
Qoyaram imzamı da dəftərə al qanım ilə.
*
Gülünü göz bəbəyitək qoruyan bağibanam,
Qoyma baş-başa məni qüssəli dastanım ilə.
*
İstərəm tez yetişəm vəslinə o qönçə gülün,
Həsrətindən yanıram, qoyma nigaranım ilə.
*
Əl açıb zikr edərəm, şamu-səhər Rəhmanı ,
Var mənim əhdə vəfam sadiqi- Sübhanım ilə.
*
Kim deyir səbr elə, döz , bağrına daş basdır, Emil,
Necə dözsün bu qədər ah ilə əfqanım ilə.

Ey Könül

Ey könül, çox dərdlisən yandınsa əfqan eyləmə,
İmkan ver göz ağlasın zikrinlə üsyan eyləmə ,
Qəlb evin çox agrıyır, Rəbbin imtahan eylər səni
Qoyma ruhun çirklənə şeytanla peyman eyləmə.

İndi çox zordur sənə hər bir sınaq, hər bir divan
Çəkdiyin zəhmətləri, zillətləri zay eyləmə.
Cılız qəlb nə bilir dag boyda dərdi çəkməyi,
Zikr elə yaradanı səcdəndə ziyan eyləmə.

Çox fikir etmə dua et zəl cəlali ikrama,
Gördüyün nöqsanları aləmdə dastan eyləmə .
Ey Emil kar ol eşitmə var olan qeybətləri,
Qəlb evin viranə qoyma zərrə zindan eyləmə.


Sizin üçün dönmüşəm

Göy üzü gözəldi səması təmiz,
Xəyallar özəldi, arzular əziz
Necədə saf idi ata, ovlad sevgimiz
Dünyanın xoşbəxti mən idim bəlkə.
Cünkü… mənim o vaxt qızım var idi !

Sevinc vardı üzümün axışında ,
İşıq vardı gözümün naxışında ,
Ümid vardı həyata baxışında,
Dünyanı görərdim süt işığında.
Cünkü… mənim o vaxt qızım var idi!

Dağı dağ üstünə onda qoyardım ,
Hər bir cətinliyə sinə dayardım ,
Hər yerdə , şux durüşün arardım,
Onda vardı qəd -qamətim sərvətim.
Cünkü… mənim o vaxt qızım var idi !

Danışardıq dənizdə ləpələrdən,
Mən qızımla dost idim, lap əzəldən
Sağlığında kaş yazaydım qəzəldən,
Yaranmışdı , özü tək bir gözəldən
Danışardıq kecmişdən , gələcəkdən.
Cünkü… mənim o vaxt qızım var idi!

Bu həyatdan köcdü haqq dünyasına ,
Kölgə saldı qəlbimin şəffaf aynasına .
Həsrət qoydu bizi toy libasına,
İndi yığışmaz ki, el-oba xınasına.
Cünkü… mənim o vaxt qızım var idi ,

Sirri nədir, dünyanın kaş biləydim
Acısın yox , şirinliyin görəydim .
Saçlarından ona çələng hörəydim,
Səmalardan , buludlardan süzülüb
Geri dönüb deyəydi ki, gəlmişəm.
Ata –Ana sizin üşün dönmüşəm.

Atan arzusuna çatardı

Gözlərimin qarası da ağardı,
Səndən sonra sevinci qəm apardı.
Fələk məndən səni alıb qopardı,
Səni gəzib yuxularda tapardı,
Qızım atan arzusuna çatardı.

Arzularım yaşamayır ki, qızım
Səndən sonra qışa dönübdür yazım.
Sən idin evimdə söhbətim –sazım,
Kaş ki, geri gələydin ay naz-nazım,
Həsrətindən nə danışım, nə yazım?

Həyat ritmim artıq gedib əlimdən ,
Qara saçlar vida deyib telimdən.
Kömək gəldi həm obamdan elimdən,
Baş açmadım bu dünyanın felindən,
Fələk səndən nə istədi ay qızım.

Emil,bu dünyayla işin olmasın sənin ,
Nigarın saçlarına saldı ağ dənin.
Əkdiyin gül tez soldusada sənin ,
İtirdiyin cəvahirin sən demə,
Üz tutubdur onu sevən cənnətə.

Oxunub: 3
Oxşar xəbərlər
SON XƏBƏRLƏR