Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.
Onun qardaşı Nadir Abıyev 73 yaşında vəfat edib.
N.Abıyevin ölüm səbəbi açıqlanmayıb.
Əhəd Abıyev “Qafqazinfo”ya açıqlamasında qardaşının vəfat etməsi xəbərini təkzib edib: “Qardaşım uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. İndi isə ev şəraitində müalicəsi davam edir. Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar”.
Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.(Publika.az)
Oxunub: 0