dini radikalizm və ekstremizmlə mübarizə

Tarix yazan igidləri yaşadanlarda unudulmayacaq

Tarix yazan igidləri yaşadanlarda unudulmayacaq

20 Yanvar azadlığın qanla yazıldığı gün yaddaşlarda həkk olundu . Hər zaman olduğu kimi bu gün Azərbaycan Respublikası Müharibə Əmək Və, Silahlı Qüvvələri Veteranı Təşkilatınln , Zəngilan Rayon şöbəsinin sədri Ənvər Qarayev, müavini Elşən Ələkbərov İB-in üzvləri 20 Yanvar şəhidlərini ,eyni zamanda 44 günlük Vətən müharibəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid , qəhrəman oğulları ziyarət etdib. Ziyarət sil silə şəklində davam edərək Vətən müharibəsi şəhidi Zəngilan Rayon Sayıflı kəndindən olan şəhid Həsənov İlham Həsən oğlunun məzarı ziyarət olunub. Ziyarətdən sonura şəhidin evində ehsan süfrəsi verilmişdir.

Qeyd edək ki, Şəhidin döyüş yoldaşları 1995 -ci ildən bu günə kimi ənənə olaraq Şəhidlərimizin ziyarətinə gəlirlər . Bunu da qeyd edək ki, 1995 ci- ildən kamandir Ənvər Qarayev, Hüseyin Bağırov və Elşən Ələkbərov 3000 ədəd qərənfil cicəkləri alaraq şəhidlərimizin məzarını ziyarət edirlər.

PS. 20 Yanvar bu tarix Azərbaycan Respublikasının yaddaşına, tarixinə qara hərflərlə yazıldı. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçən

Şəhidlərimiz biz nəsillər tərəfindən unudulmayacaq. Tariximiz yazıb, yazarlarımız şəhidlərimizin şəninə saysız hesabsız əsərlər, musiqilər, mahnılar bəsdələyib. Gənc nəsil nənə babalarından, ata analarından tanımadıqları oğulların qəhrəmanlıqları haqqında əfsanə deyil real əhvalatları duyacaq və şəhidlərinin ruhun hər zaman uca tutacaqlar .

Bu gün yenədə sosial media mənə Vətənimdə baş verən , görülən və atılan addımlardan xəbər verir. Hər kəsin müracət etdiyi komutan Ənvər Qarayev… Onu mənə məhz illər öncə şəhidlərimiz tanıtdı… Bəlkədə sual doğuracaq ki necə ?
Bir insanı tanımaq üçün atdığı addımlar, gördüyü işlər yetərlidir ki onun kim olduğunu biləsən. Ənvər Qarayevin çox titulu ola bilər, müxtəlif vəzifələr də daşıya bilər ancaq onun adının, soyadının yanında silinməyən bir əvəzolunmaz titul var . O şəhidlərin şahidi. Onların qardaşı, Qazilərin dərd ortağı və ailələrin ərən qardaşıdır! Bu saydıqlarım tarixə yazılır , nə alınmır nə ki satılmır.Mən ona hər zaman komutan olaraq müracət etdim. Bu illər ərzində nələrin şahidi oldum … Onun öz evı yarıtikili olduğu halda şəhid ailəsinin evini tikdirdiyinin şahidi oldum. Şəhid evlərini gəzərək ailənin durumu ilə maraqlanıb ürəklərindən keçən arzuları həyata keçirmək üçün yaşayan vətən oğlu tanıdım.

Qazisi fiziki iş görməsin deyə onun həyətində lazımı köməkliyi öz əlləri ilə yardım etməyinin şahidi oldum. Özü bayram süfrəsinə bazarlıq etməyib son pulunu bir şəhid anasını sevindirməy üçün xərclədiyini öyrəndim. İllərlə şəhid övladına təhsil haqqı, qaziyə kirayə pulu ödədiyi bildim. Bu gizli həyata keçirdiyi əməlləri isə bir tək ömür gün yoldaşı Gülü xanım bilir və mənə də bu bilgiləri verərkən heç kim bilməsin Almaz xanım O istəmir gördüyü işlər işıqlansın dedi… O vaxt mən bacıma söz verdim və illərlə bu sirri heç kimə açmadım. Bu gün isə artıq Ənvər Qarayevin bu addımlarını hər kəsin bilməsin istədim.

Bu həyatda Allah tərəfindən bəzi insanlara üzərinə gözlə görünməyən vəzifələr verilir., missiyalar tapşırılır. Bu vəzifə başqa vəzifələrə bənzəməz. Bu missiyanı yerinə yetirən insanlar kobinetdə oturaraq əmr vermir, onlar Allahın verdiyi tapşırıqları həyata keçirir. Qəlb sevindirir, mərhəmət və sevgi ilə şəhid ailələrin, qayğıya ehtiyacı olan müharibə iştirakçılarını, qazilərinı sarib sarmalayır. Lazım gələrsə özü üçün deyil amma şəhid qardaşlarının ailələri üçün kiməsə ağız açır. Gecə, gündüz bilmədən məsafəsindən asılı olmayaraq onlar üçün yollar qət edir. Şəhidlərinin unudulmaması üçün , tarix yazan oğullar üçün o da döyüş yoldaşları ilə bu gündə, sabah da yaşadağı sürəcdə tarix yazacaq! Bu gün mən də hər kəsə sakit görünən Komutan Ənvər Qarayevin atdığı addımlardan sadəcə bir neçəsini oxucularıma çatdırmaq istədim.

Sağlığında dəyər verək insanlara. Yoxluğunda danışmağın, yazmağın mənası yoxdur.

Almaz İLAHƏ Əhmədova






























Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR