dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə PA: Bayrağımıza edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək

Türkiyə PA: Bayrağımıza edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək

Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı hüquqi və inzibati tədbirlərin görüləcəyi bildirilib.

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfindəki terror təşkilatı YPG tərəfdarları tərəfindən Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.

Burhanəddin Duran açıqlamasında qeyd edib ki, sözügedən hücumla terror­suz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq şəkildə görünür:

“Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid və müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım ən qətiyyətli şəkildə cavablandırılacaq”.

Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR