dini radikalizm və ekstremizmlə mübarizə

O, hər bir vətəndaşın ümid qapısıdır


Sevincimin haddi-hüdudu yoxdur… Bu, sadə bir sevinc deyil! Bu, insanlığa, vicdana və mərhəmətə olan ümidin yenidən doğulduğu bir andır.
Günlərlə qapısını döymədiyim dövlət qurumu, müraciət etmədiyim dövlət məmuru, iş adamı, sahibkarlar, biznesmenlər qalmadı.Söhbət taleyinə ağır sınaq düşmüş, Azərbaycan bayrağını həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda qürurla ucaldan, üçrəngli bayrağımızı, Odlar Yurdu Azərbaycanımızı ləyaqətlə təmsil edən gənc qızımız Ceyrandan gedir.O, idmanda qazandığı qələbə anında aldığı ağır çiyin zərbəsi nəticəsində ciddi xəsarət almışdı və təcili əməliyyata ehtiyacı var idi.

Təəssüf ki, ailəsinin maddi vəziyyəti buna imkan vermirdi. Çarəsizlik içində qalan ailə son ümid yeri kimi bizə müraciət etdi. Mən də əlimdən gələn hər şeyi edərək bir çox qurumlara üz tutdum, lakin təəssüf hissi ilə deməliyəm ki,heç bir yerdən 5 manat belə dəstək ala bilmədik.
Və məhz bu ümidsizliyin ən dərin anında bir möcüzə baş verdi.

Qəlbinin saflığı, insanlığı, mərhəməti və fədakarlığı ilə hər zaman xalqının yanında olan bir insan Adil müəllim Əliyev tərəddüd etmədən bu ağır yükün bütün əməliyyət,reabilitasiya,müalicə hər bir şeyi öz üzərinə götürdü. Onun xeyirxahlığını sözlə ifadə etmək çətindir. Şəhid ailələrindən tutmuş qazilərə, idmançılardan aztəminatlı ailələrə qədər ehtiyacı olan hər kəs onun diqqət və qayğısını hiss edib. Adil müəllim hər zaman insanın yanında insan kimi dayanmağı bacaran nadir şəxsiyyətlərdəndir.

Bir Ana kimi, bir Azərbaycan övladı kimi səmimi qəlbdən deyirəm: Adil müəllimə nə qədər təşəkkür etsəm, yenə də azdır.
Mən adətən bu cür yazılar paylaşmıram, lakin bu dəfə susmaq vicdanıma sığmadı. Çünki Ceyran nə mənim övladımdır, nə də hər hansı qohumum. O, sadəcə bizim xalqımızın övladıdır, bu torpağın vətəndaşıdır. Və məhz buna görə onun ağrısı da, sevinci də bizim hamımızındır.
İmkanı olub da biganə qalanların etmədiyini bir insan etdi. Səssiz-səmirsiz, təmənnasız, yalnız vicdanının səsinə qulaq asaraq Adil Əliyev etdi.Mən istərdim ki,qoy Sizdən nümunə götürsunlər.İnanın ki,gorumuzda nə seyf,nədə kəfənimizdə cib olmayacaq ki,yığıb daşıyıb aparaq özümüzlə.Çalışaq hamılıqla biraz gözəl əməllərlə savab qazanaq!

Adil müəllimin insani dəyərləri, böyük və mərhəmətli qəlbi daim var olsun. Kaş ki, onun kimi çox demirəm tumluğa toxumluğa cəmi beş dövlət məmurumuz, beş sahibkarımız,iş adamımız olaydı inanın, bu ölkədə nə ümidsizlik qalardı, nə də çarəsizlik. Siz həqiqətən də həm ölkəmizə, həm vətənimizə, həm də xalqımıza misilsiz, qarşılıqsız xidmət göstərən dövlət məmuru,eyni zamanda cənab Prezident İlham Əliyevin siyasətinə sadiq qalan nadir insanlardansınız.

Allah sizi qorusun, Adil müəllim. Bu sözlər sadəcə bir təşəkkür deyil bu, ürəkdən gələn bir dua, vicdandan doğan sonsuz minnətdarlıqdır.

Nuranə Şıxəliyeva

PS. Allah bu dünyada hər bir bəndəsinə bir mussiyanın həyata keçirməsini həvalə edib. Bu bəndələrdən çoxu nəfsinin qulu olur, az sayda insan isə Allahın seçdiyi gözəl əməl sahibləri, mərhəmət elçiləri olur. Nə xoş halinə ki o insan məhz qazandığını Allahın yaratdığı mülk üçün xərcləyir. Bəlkədə bu cümləni oxuyarkən sizdə sual doğacaq -Allahın yaratdığı mülk üçün dedikdə bu xanım nəyi nəzərdə tutur?
Biz bəndələrin yıxdığı evlər az deyil, bəlkə də bu günah bağışlanar. Amma insan Allahın yaradıcılığıdır, onun yaratdığı yaradıcılığın qəlbi də onun mülküdür. Vay o günə ki, onun mülkünü dağıdasan, viran qoyasan baxın bu günahın bağışlanması məncə mümkünsüzdür. Amma Allahın mülkünə sahib çıxan insan seçilmişlərdən biridir. O insanlar qazancını ehtiyacı olanla bölüşər. Əlindən gələn köməyi ehtiyacı olandan əsirgəməz. Ona ümid edib qarısına gələni geri boş qaytarmaz. Bu gün sizə belə bir insanı tanıdığımı və atdığı addımların canlı şahidi olduğumu oxucularıma çatdıracam.
-Bu gün sosial mediada qarşılaşdığım yazı və foto diqqətimi çəkdi. Suraxanı RİHB Adil Əliyevin rəsmi ilə bir idmançının resmi paylaşılmışdır. Dostluğumda olan Nuranə Şıxəliyevanın səmimi, iç duyğuları ilə qələmə aldığı bu yazıya biganə qala bilməzdim. Bu yazıda çox məmurlara örnək olacaq bir insandan söhbət gedirdi. Suraxanı rayon sakinkləri Adil Əliyevin insanlığından, mərmətindən, vətənsevərliyindən çox tez-tez söz açmalarına baxmayaraq mən də bu rayonun sakini və media nümayəndəsi olaraq sevimli həmyerlilərimə bir nüans haqqında məlumat vermək istədim.
Adil müəllim Nərimanov rayonunda millət vəkili olduğu illərdə bir qrup vətənpərvər məktəblilərlə təşkil etdiyimiz tədbirlərdə iştirak edirdi. Hər bir uşağa öz övladı kimi diqqət və qayğı göstərirdi. O, bir tək rayonun millət vəkili deyildi bütün Azərbaycanımızın millət vəkili idi. Şəhid ailələrinin ən ağrılı acılı günlərində onların yanında idi. Elə bir rayon, qəsəbə yox idi ki, Adil müəllim O ,şəhid ailələrini ziyarət etməsin.
İndiki kimi xatırlayıram A. Əliyev az təminatlı ailələrin uşaqlarına məktəb ləvazımatının paylanması üçün könüllüləri ilə ofisdə idi. Bu xəbər ildırım surəti ilə yayıldı, valideyinlər sakinlər indi olduğu kimi sosial şəbəkələrdə minnətdarlıq dolu ürək sözləri yazırdılar. Sumqayıt şəhərində ailə vəziyyəti çox ağır olan bir hərbiçi qardaşım mənə zəng edərək bildirdi ki, 4 uşağı var ikisi ürək qüsurludur,İkisi məktəblidir. Ailə kirayədə qalır xəstə övladlarının müalicə etdirə bilmirlər, hələ üstəlik qızlarında məktəbə getməsi üçün alınacaqlar var. Utanıb sıxılaraq mənə anlatdıqlarını dinlədim. Onunla əlaqə saxlayacağımı dedim. Adil müəllimə zəng edib vəziyyəti açıqladım. Hətta bildirdim ki, Sumqayıt şəhərinin sakinləridir. Adil müəllimin o zaman söylədiyi o cümlə bir ömürlük yaddaşıma yazıldı. -“Almaz xanım o övladların atası vətənin keşiyində olarkən uşaqlarının isti geyimdə dərsdə olduğunu və körpələrinin sağlamlığından narahat qalmamalıdırlar. Narahat olmayın, siz ünvanı öyrənin“ Danışığımızdan bir neçə saat sonra Adil müəllimin yardımçısı mənimlə əlaqə saxladı səhər Sumqayıta ailəyə yardım aparacağıq sizdə bizimlə gedərsənizsə sevinərik dedi. Vaxt zaman təyin etdik, yola düşdük. Ailə bizi çox böyük sevinclə qarşıladı.Adil müəllim ailənin məktəbli uşaqları üçün nəyinki dərs ləvazımatı, geyim, xəstə uşaqlar üçün lazım olan dərman pereparatları, azüqə göndərmişdi. Hərbiçi qardaşımız və xanımının sevincdən gözləri yaş ilə doldu. O gündən Adil müəllim o ailəni unutmadı. Yardımı Adil müəllimin göndərdiyin söylədikdə Hərbiçi qardaşım dedi: Bu möcüzədir Adil müəllim bilmədən ikinci dəfədir ki bizi çətin vəziyyətdən qurtarır. Mənim təccüb dolu baxışlarlımın ona dikildiyini gördükdə dedi: Almaz xanım bilirsiz mənim ekiz oğlanlarım ürək qüsurludurlar, bir gün Bakıda xəstəxanadan çıxdıq bərk yağış yağırdı cibimdə pulum yox idi ki, taksiyə minək, uşaqın biri anasının qucağında biri də mənim islanmışdıq yolu necə gedirdik bilmirəm bu an yanımızda bir maşın dayandı qapı açıldı bir səs eşitdim , “tez olun oturun maşına .” Mən yenə yoluma davam etməyə başladım düşündüm bizim kimimiz var ki maşın saxlasın yəqin kiminləsə səhv salıb. Təkrar birdə həmin səs daha da bərkdən təkrarladı” Sizinləyəm üşaqlar xəstələnəcək oturun maşına. Onda başa düşdüm ki, bu kimdirsə bizə müraciət edir. Mən həyat yoldaşımla maşına əyləşdik. Qarşıda əyləşən insanın kim olduğunu görmürdüm. Hara gedəcəyimizi soruşdu, mən Sumqayıtda yaşayırıq 20 yanvar dairəsinə gedirik. O, sakit səslə sürücüyə nə isə dedi eşitmədim. Yol boyu mənimlə söhbət etdi 20 yanvar dairəsinə çatdıqda dedi “ tələsməyin beş dəqiqə gözləyin biz yoldaşımla bir-birimizin üzünə baxdıq. Sürücü maşından düşüb bir maşına yaxınlaşdı nə danışdı bilmirəm,sonra aftamabil biz olan maşına yaxınlaşdı yenə o səs… İndi gedə bilərsiz biz maşından düşərkən o da maşından endi mən onun üzünü gördüm o insan Adil Əliyevidi həm sevindim, həm qürurlandım. Adil müəllim əlini cibimə tərəf uzadarkən nə edəcəyini ilk anlamadım o şalvarımın cibinə nə isə qoyaraq dedi, sakit ol ele bir şey deyil siz bizim vətənin keşikçilərisiz, yağış yağdığı üçün o məni tələsdirərək dedi:- tez olun oturun maşına uşaq islanacaq . Evə çatdıqda əlimi cibimə saldım gözlərimə inanmadım 500 manat pul əlimdə yoldaşıma dedim. Bu insan Xızır kimi dadımıza yetişdi üstəlik cibimə də bu qədər pul qoyub. İnanın o gün evladlarıma istədiyim kimi süfrə açdım. Nə qədər ömrüm var ona dua edəcəm dedim, o demək ki, darda olanların ümid yeridir. Bu gündə bilmədən tanımadan təkrar bizə sizlərin əli ilə yardım göndərib. O gündən Almaz İlahə Əhmədova olaraq yüzlərlə yardıma ehtiyacı olan insanlara kömək etməsinin şahidi oldum.

Oxunub: 221
Oxşar xəbərlər
SON XƏBƏRLƏR