dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Rusiya və Ukraynaya təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib

Türkiyə Rusiya və Ukraynaya təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib

Türkiyə Müdafiə Nazirliyi ölkənin hava məkanına pilotsuz uçuş aparatının (PUA) daxil olması ilə bağlı insidentdən sonra Rusiya və Ukraynaya Qara dənizdə təhlükəsizlik məsələlərində daha diqqətli olmağın vacibliyi barədə xəbərdarlıq edib.

Bu barədə "Report" Əl-Ərəbiyyə"yə istinadən məlumat verir.

"Ukrayna və Rusiya arasında müharibənin davam etməsi ilə əlaqədar olaraq həmkarlarımız Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərə biləcək insidentlərlə bağlı daha diqqətli olmağın vacibliyi barədə xəbərdar edilib", - nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, dekabrın 15-də Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan pilotsuz uçuş aparatı "F-16" qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib.

Oxunub: 31
Oxşar xəbərlər
SON XƏBƏRLƏR