dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

Gürcüstan Qara dəniz sualtı kabel layihəsinin reallaşdırılmasında Avropa strukturları ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, Avropa İttifaqının layihəni prioritet elan etməsini müsbət qiymətləndirib.

“Layihə bizim üçün çox vacibdir və Gürcüstan onun birinci mərhələsinin həyata keçirilməsində fəal iştirak edir”, - Baş nazir əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı Gürcüstan-Rumıniya “Qara dəniz Interkonnektor Kabeli” layihəsini ümumi maraq doğuran layihə (PCI – Projects of Common Interest) və qarşılıqlı maraq layihəsi (PMI – Projects of Mutual Interest) siyahısına daxil edib. Layihəyə gələcəkdə Azərbaycanın da qoşulması gözlənilir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR