dini radikalizm və ekstremizmlə mübarizə

Partiya veteranı Salman Abdullayevin 75 illik yubileyi münasibətilə görüş keçirilib


Partiya veteranı Salman Abdullayevin 75 illik yubileyi münasibətilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının inzibati binasında partiya veteranı, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən Salman Abdullayevin 75 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və təşkilatın aparat işçiləri Salman Abdullayevi yubileyi münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Çıxış edənlər Salman Abdullayevin uzun illər təhsil sahəsində göstərdiyi xidmətləri, gənc nəslin yetişdirilməsinə verdiyi töhfələri və ictimai-siyasi fəallığını yüksək qiymətləndiriblər. Bildirilib ki, onun nümunəvi həyat yolu partiya üzvləri və gənclər üçün əhəmiyyətli örnəkdir.



Oxunub: 65
Oxşar xəbərlər
SON XƏBƏRLƏR