Mənə tez-tez deyirlər
Oğlun sənə çox bənzəyir. Çox sevinirəm, çünki oğlumu çox sevirəm.
Oğullar – analara Allahın hədiyyəsi, kainatın komplimentidir.
Oğul anası olmaq böyük bir məsuliyyətdir.
Oğulu böyük hərfli İnsan kimi böyütmək,əsil Kişi kimi tərbiyə etmək- çox çətindir.
Nə qəddar olmaq, nə də həddindən artıq yumşaq olmaq... Bu iki sərhəd arasında dayanmaq çətindir.
Ana sevgisi bəzən bu balansı pozur.
Ana sevgisi böyük inamla: “Mənim oğlum bunu etməz.” pıçıldar,özünə təsəlli verər, çünki deyərlər - Sevginin gözü kordur-Ananın da bəzən oğluna olan
sevgi gözü kor ola bilir.
Bu inam bir növ təsəlli olur.
Lakin ananın oğluna olan sevgisinin yolu bəlli olmaz!
Mən çox zaman özümə sual verirəm:
“Necə sevim oğlumu ki, sevgimlə onu boğmayım?”
Axı elə məqamlar olur ki, düşünürsən ki, oğlun yalnız sənə məxsusdur,O yalnız Sənin mükafatındır.!
Amma bu belə deyil.
O, bu dünyaya azad olmaq üçün gəlib. O, ana qucağında qanadlarını bərkidib,
pərvazlanıb bir gün uçmaq üçün gəlib, elə deyilmi, Oğul Anaları?
Pərvazlansın oğlum, uçsun oğlum.
Yalnız bilsin ki, harada olursa-olsun, onu hər an sevən, əvəzsiz, təmənnasız sevgiylə sevən bir anası, dualarıyla Allahından sevdiyi balasına gecə-gündüz imdad diləyən bir Kimsəsi var.
Qoy, xoşbəxtlərin xoşbəxti olsun, mənim oğlum.
Sadəcə bilsin ki, mən onu həmişə gözləyəcəyəm.
Və sadəcə bilsin ki, həmişə Tanrıma onun üçün dua edəcəyəm Tanrı oğlumu pis xislətlərdən uzaq etsin
Qoy bu inam ona güc versin, ona əminlik versin.
Ananın sevgisi sonsuzdur, əbədidir və əvəzsizdir.
Qoy bu sevgi əbədi olmasa da, çünki sevən qəlb nə zamansa dura bilər.
Çünki analar mələk olub uça bilərlər.
Mənim oğlum mənə çox bənzəyir — düz deyillər.
Xoşbəxtəm, çünki mən oğlumu çox sevirəm.
Canım oğlum, anasına kainatın ən gözəl komplimenti — oğlum.
Yaxşıki, Varımsan!
Dövlət Qulluğunin Dövlət Müşaviri, Prezident təltifçisi Prezident Yanında Beynəlxalq Humanitar yardım komissiyası əlaqələndirici Şura üzvü, Milli məclis ictimai əsaslarla eksperti, Sumqayıt şəhər Bələdiyyəsinin Məhəllə komitə sədri, Gender komissiyasının üzvü
Indira Səmsivari
Oxunub: 152