dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək

Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək

Oktyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) daxili qiymətləndirmənin yeni meyarlarına dair məlumatlandırıcı görüş keçirilib.

Tədbirdə universitetin müxtəlif kafedralarından olan müəllimlər iştirak ediblər. Görüş zamanı daxili qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, yeni meyarların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edilib ki, AzMİU-da diferensial əməkhaqqı sistemi artıq bir neçə ildir ki, tətbiq olunur. Bu sistem müəllimlərin fəaliyyətini müxtəlif keyfiyyət göstəriciləri üzrə qiymətləndirmək, onların nəticələrini izləmək və fərqlənən əməkdaşları mükafatlandırmaq məqsədi daşıyır.

Yeni meyarlar çərçivəsində diferensial əməkhaqqı üç kateqoriya üzrə nəzərdə tutulur. Müəllimlərin fəaliyyət göstəricilərinə əsasən, onların əsas maaşlarına əlavə maliyyə vəsaiti, yəni əlavə əməkhaqqı (bonus) hesablanacaq. Bu yanaşma universitetdə akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və müəllimlərin motivasiyasının gücləndirilməsinə xidmət edir. 

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR