dini radikalizm və ekstremizmlə mübarizə

SEVƏ BİLİRƏM Kİ, SEVGİDƏN YAZIM



Adını çəkə bilməyəcəyim bir yaxın dostum, mənə irad tutaraq, vətən, torpaq, el-oba, TURAN və.s. kimi mövzularla bərabər, sevgi- məhəbbətdən də yaz deməsinə, misralarını dili ilə cavab ünvanladı;

NAMİQ TÜRKSOY.


Mənə sevgidən də yaz deyən dostum,
Sevə bilirəm ki, sevgidən yazım.
İllərdir özümə qarışıb başım,
Sevə bilirəm ki, sevgidən yazım.

Torpağım talandı, evim söküldü,
Haqqım tapdaq oldu qanım töküldü.
Ruhumda nifrətdən qala tikildi,
Sevə bilirəm ki, sevgidən yazım.

Alındı əlimdən gənclik çağlarım,
Gənc ikən qırıldı sevgi bağlarım.
Məndən inciyibdir qərib dağlarım,
Sevə bilirəm ki, sevgidən yazım.

Uşaqdım böyüdüm, özümü qandım,
Kaş ki, qanmayaydım tezcə də yandım.
Vətəndə özümü vətənsiz sandım,
Sevə bilirəm ki, sevgidən yazım.

Məcnun Leyli deyib sərgadan oldu,
Fərhad qaya yardı kərgadan oldu.
Bülbül əsir düşüb ah fəğan oldu,
Sevə bilirəm ki, sevgidən yazım.

Qoşuldum düdəmə sıra-cərgiyə,
Məhəbbət çevrilib ucuz, sərgiyə.
Dünyamı dar edən kinə, təpgiyə,
Sevə bilirəm ki, sevgidən yazım.

Ey dostum incimə dedim biləsən,
Ruhumu oxuyub, tez də siləsən.
Namiqin keçdiyi aya, ilə sən,
Bir ağı deyəsən, ağlaya sazım,
Sevə bilirəm ki sevgidən yazım.


05.10.2025.

Oxunub: 61
Oxşar xəbərlər
SON XƏBƏRLƏR