Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi müəllimləri təbrik etdi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşəbbüsü ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə,gül dəstəsi və təhsildə səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılıblar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin əməkdaşları müəllimləri və onların çalışdıqları məktəblərin kollektivlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə xüsusi təşəkkür edirik.
Esmira Hidayətova, Mingəçevir
Oxunub: 111