dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb

Paytaxtın Yasamal rayonu, Məmməd Rahim küçəsində təmir işlərinə start verilib.

Uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

Oxunub: 34
Oxşar xəbərlər
SON XƏBƏRLƏR