dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb.

Bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar.

"Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və sosial şəbəkələrdə terror təbliğatı yaymaqda şübhəli bilinir", - A.Yerlikaya qeyd edib.

Oxunub: 31
Oxşar xəbərlər
SON XƏBƏRLƏR