dini radikalizm və ekstremizmlə mübarizə

Müdafiə nazirliyi hərbiçisinə niyə sahib çıxmır?

Müdafiə nazirliyi hərbiçisinə niyə sahib çıxmır?
İllər öncə xəbər verdiyimiz kimi, 3 uşağı xəstə olan hərbçi ailəsi hələ də kömək istəyir. Ailə artıq övladlarının vəziyyətinin hər gün daha da ağırlaşdığını bildirir.

Dəfələrlə Sabiq millət vəkili Adil Əliyev bu ailənin övladlarına maddi və mənəvi kömək etdi.

Ailəyə etdiyi yardımları şəxsən mən çatdırmasam. Amma bu yardımlarla həll olunmayan problemlər var. Bu problemlərin həlli köklü surətdə həll olunmalıdır. Ailə kirayədə qalır, nə zamana kimi xəbər saytları hərbiçi ailəsinə kömək etmək məqsədi ilə yazaraq kart hesabı paylaşacaq. Bu nə qədər davam edəcək?Əlaqədar təşkilatlar bu xəbəri nə üçün illərdir görməzdən gəlir ??? Müdafiə nazirliyi bir hərbiçi ailəsinin problemlərini həll edə biləcək qüvvəyə malik deyilmi? Milyonlar ayrılan büdcədən gələcəyin əsgəri olacaq iki igid balanı xilas etmək bu qədərmi çətindir???

Səhiyyə nazirliyi vətən keşiyində duran hərbçimizin övladlarının nə üçün dərdinə əlac tapmır? Və s...

Saymaqla bitməz.

Mən illərdir xəbər saytlarında müxtəlif başlıqlarla dərc olunan bu xəbərlə hər qarşılaşdıqda xəcalətimdən ölürəm. Bu dövlətin başçısı adını qeyd etdiyim qurumlara təyin etdiyi nazirlərə səlahiyyət verdikdə dövlətə, millətə, xalqa xidmət etməyi tapşırmadımı???. Bu gün hər an şəhid ola biləcək şəhid qardaşı xalqından imdad istəyir, balalarını xilas etmək üçün mədəni dilənçilik edir ... Bəli dilənçilik edir, özüdə media qurumlarının köməyi ilə. Mən bu sözümə görə Daşdəmir qardaşımdan üzür istəyirəm. Amma kaş ki, ona bunu məcbur edən dövlət qurumlarının səlahiyyətli şəxsləri utansın.

Övladlarını yaşatmaq üçün mübarizə aparan, şəhid qardaşı və şəhid bacısı olan valideyinləri bu duruma salanlar utansın!

-"İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb…”

Bu barədə uşaqların anası Rəmziyyə Cəfərova müraciət edərək bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı Daşdəmir Cəfərov hərbçidir və 17 ildir Vətənə xidmət göstərir. Hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir. Ailədə yeganə işləyən şəxs o olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir: -"Həyat yoldaşım peşəkar hərbçidir, ömrünü Vətənə xidmətə həsr edib. Vətən müharibəsində də iştirak edib. İndiyə qədər qüsursuz xidmətinə görə bir neçə dəfə təltif olunub. Amma aldığı maaşla uşaqlarımızın aylıq müalicəsini çatdıra bilmirik. Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, nəfəs almaqdan çox əziyyət çəkirlər. Qışda da evdə sərinkeş yandırırıq ki, hava ala bilsinlər. Dodaqları göyərir, təngnəfəs olurlar… Hazırda Sumqayıt şəhərində kirayədə yaşayırıq. Kirayə pulunu ödəməyə belə gücümüz çatmır, xəstə olan övladlarım normal qidalanırlar”.

R. Cəfərovanın sözlərinə görə, qızının sağalması mümkün deyil. Digər uşaqların isə müalicəsi yalnız ölkə xaricində mümkündür: "Uşaqlar hər dəfə sual verirlər ki, "ana, biz nə vaxt sağalacağıq?” Bilmirəm onlara nə cavab verim. Bütün dövlət qurumlarına müraciət etmişik, bizə rəsmi cavab göndərilib ki, bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Uşaqları yalnız Almaniya və İsraildə sağalda bilərlər ki, onun da təxminən 75 min dollara (127 500 manat) yaxın xərci var. Bizim isə ona gücümüz çatmır. İstəmirik, uşaqlarımız gözümüz qarşısında məhv olsunlar. Biz onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, onlar xəstəlikdən ölsünlər. Bütün yardımsevər insanlara üzümüzü tuturuq, kimin nəyə gücü çatır, uşaqlarımıza kömək edin”.

PS.Bu yazını oxuyan hər bir vətənsevər vətəndaşımızdan xahiş edirəm bu məqaləni paylaşaq vətənimizin mərd , xeyirxah oğlu, qızı yetərincə var. Şəhid ailələrinə hətta qazilərimizə ev, maşın verən xeyriyyəçi iş adamları az olmadı. Mən üzümü o qeyrətli qardaşlarıma tutaraq xahiş edirəm. Daşdəmir qardaşıma da kömək edin. O, şəhid qardaşı olaraq hər an şəhid olmağa imza atanlardandır. Bir insana sağlığında dəyər verin. Daşdəmir şəhid olmalıdır ki, onun da övladlarına diqqət yetirsinlər? Bu haqsızlıq olmazmı? Axı vətəni qoruyan oğullar arxada qoyduğu ailəsindən nigaran qalmamalıdır. Bu gün Daşdəmiri tanıyan yüzlərlə hərbiçi, bu xəbərləri oxuyan vətəndaşlar, vətənin əsgərinə, hərbiçisinə olan laqeydliyi gördükdə qəlblərində olan vətənpərvərlik hissi ölmürmü?? Dövlət tərəfindən bir hərbçiyə göstərilən diqqət və qayğı budursa, hansı ata-ana övladının hərbiçi olmasını istəyər?

Ailəyə yardım etmək üçün bu nömrə vasitəsilə əlaqə saxlamaq olar: (050) 203-08-85

Kart hesabı: 5411 2498 1342 5696


Almaz Əhmədova




Oxunub: 56
Oxşar xəbərlər
SON XƏBƏRLƏR