dini radikalizm və ekstremizmlə mübarizə

BU DƏFƏ ANALAR DANIŞACAQ!



BU DƏFƏ ANALAR DANIŞACAQ!

Azərbaycan Dövlət İqtisad Universitetində “Bu dəfə Analar danışacaq” Tədbiri Keçirilib
5 mart 2025
Azərbaycan Dövlət İqtisad Universitetinin 2025-ci ildə 95 il tamam olur. Eyni zamanda UNEC-də İnklüziv Təhsil Mərkəzinin 10 illiyi ilə əlagədər 2025-ci il UNEC İnklüziv Təhsil İli elan olunub.
5 mart 2025 tarixində UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC Tələbə Həmkarlar Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Bu dəfə Analar danışacaq” adlı tədbir keçirilib.
Tədbir UNEC Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilovanın çıxışı ilə başlanıb. Daha sonra UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tədbirin məqsədi barədə danışıb. Həmçinin Sevinc Məhsimova əlilliyi olan şəxslərin təhsili və cəmiyyətə inteqrasiyası məsələlərində atılan addımlardan danışıb. S.Məhsimova qeyd edib ki, UNEC-də İnklüziv ali təhsildə nümunəvi sistem yaradılıb.UNEC-də əlilliyi olan gənclər də hamı ilə birgə keyfiyyətli ali təhsil imkanlarında istifadə edə bilirlər.
“Bu dəfə Analar danışacaq” adlı tədbirin əsas məqsədi əlilliyi olan tələbələrin analarının həyat yollarını, yaşadıqları çətinlikləri və qazandıqları uğurları bölüşmələrinə imkan yaratmaqdır. Tədbirdə iştirak edən analar, öz övladları ilə birlikdə keçdikləri çətinlikləri və qarşılaşdıqları maneələri aşmağın yolları barədə çıxışlar ediblər.
Tədbirdə AR Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin rəhbəri Tünzalə Verdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova, “Zəfər Yolu” İB sədri Pərvanə Salmanqızı da çıxış edibər.
Tədbirdə çıxış edən analar üçün Bakı Fulla moda şirkətinin direktoru Fərhad Çeyil tərəfindən hədiyyələr təqdim edilib. Bundan əlavə, terapevt və osteopat Elfanə Süleymanova çıxış edərək iştirakçılara sağlamlıqla bağlı tövsiyələrini verib və hədiyyə təqdim edib.
Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzi və “Bacarıqlı Əllər” İctimai Birliyi tərəfindən hazırlanmış və iştirakçılara unudulmaz anlar yaşadılıb. Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr və sertifikatlar təqdim olunub.











Oxunub: 130
Oxşar xəbərlər
SON XƏBƏRLƏR