dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir bələdiyyəsinin yeni seçilmiş üzvləri fəaliyyətə başladı


Mingəçevir bələdiyyəsinin yeni seçilmiş üzvləri iş fəaliyyətinə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdilər. Onlar Ulu Öndərin abidəsinin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarının önünə ehtiram əlaməti olaraq gül dəstələri qoydular.
Sonra bələdiyyənin inzibati binasında Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən, VI çağırış bələdiyyə seçkilərində qalib olmuş Mingəçevir bələdiyyəsinin üzvlərinin ilk iclası keçirildi. İclasda yekdilliklə Anar İsmayılov bələdiyyənin sədri və Ədalət Quliyeva sədr müavini seçildilər. Sədr A. İsmayılov bələdiyyə üzvlərinə təşəkkürünü bildirdi və görüləcək işlər barədə qısa məlumat verdi.
Bələdiyyənin ikinci iclasında beş daimi və üç başqa komissiyarın tərkibi və sədrləri müəyyənləşdi.

Esmira Hidayətova,Mingəçevir





Oxunub: 289
Oxşar xəbərlər
SON XƏBƏRLƏR