dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranın 14 kəndində işıq olmayacaq

Lənkəranın 14 kəndində işıq olmayacaq


Lənkəranda təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR