dini radikalizm və ekstremizmlə mübarizə

Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş xatirə kompleksinin açıllşı olub


2025-ci il, yanvar ayının 2-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə energetiklər yaşayış massivində Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun barelyefinin və xatirə bulağının açılışı olub
Natiq Səlim oğlu Qasımovun ad günü münasbəti ilə təşkil olunan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının və Azərbaycan İES-in rəhbərləri, YAP şəhər təşkilatının sədri və partiya fəalları, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri, MDU-nun, Tibb Kollecinin, Turizm Kollecinin, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin, mərkəzi şəhər xəstəxanasının rəhbərləri və kollektiv üzvləri, idarə və müəssisələrin kollektivləri, müharibə və əmək veteranları əvvəlcə torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyirminci əsrin sonlarında ermənilərin Qarabağ bölgəsində başladığı müharibənin xalqımıza, dövlətimizə vurduğu zərbələrdən danışıb. Qeyd edib ki, bu gün biz şəhərimizin, Azərbaycanın qəhrəman oğlu Natiq Səlim oğlu Qasımovun ad gününə toplaşmışıq, yaşadığı Naxçıvan küçəsindəki 42 saylı binanın yaxınlığında xatirə bulağının və xatirə kompleksinin açılışını edirik. Bildiyiniz kimi, 2024-cü il iyun ayının 25-də cənab Prezidentimiz qəhrəmanımıza Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı sərəncam imzalayıb. Noyabr ayının 29-da isə baş nazir şəhidin təhsil aldığı 4 nömrəli tam orta məktəbə Natiq Səlim oğlu Qasımovun adının verilməsi ilə bağlı qərar imzalayıb. Şəhərimizdə bütün şəhidlərimizin xatirəsi əziz tutulur, Şəhidlər Xiyabanına ziyarətlər təşkil olunur, anım mərasimləri keçirilir, qayğı və diqqət göstərilir. Ötən il cənab prezidentimizin tapşırığı ilə şəhid ailələri və qazilər üçün 72 mənzilli bina inşa olunaraq istifadəyə verilib. Qəzalı vəziyyətdə olan binaların sakinləri üçün tikilən 40 mənzilli binanın 7 mənzili də bu ailələrə verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Mərasimdə Millət vəkili Aydın Mirzəzadə, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Zaur Müseyibov, əmək və silahı qüvvələr, hüquq mühafizə veteranları birliyinin sədr müavini Rizvan Mikayıllı, Qarabağ əlili Əbülfət Babayev, şəhər ağsaqqallar şurasının sədri Mustafa Muradov, Milli Qəhrəmanın döyüşçü yoldaşı Zahid Kərimov çıxış edərək tariximizin qəhrəmanlıq səhifəsini yaradan şəhidlərimizin ruhuna ehtiramlarını bildirdilər, torpaqlarımızın uzun illərdən sonra azad olunmasını xalqımızın vətənpərvərlik tərbiyəsinin yüksək olmasından bəhrələndiyini qeyd etdilər.
Sonda xatirə bulağının və barelyefin açılışı oldu. Xatirə şəkilləri çəkdirildi.

Esmira Hidayətova,Mingəçevir









Oxunub: 327
Oxşar xəbərlər
SON XƏBƏRLƏR