Xəbər verdiyimi kimi, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qroznı istiqamətində havada olarkən vurulması xalqımız arasında böyük kədərə səbəb olub.
Djb.az-ın xəbərinə görə, hadisədən bu günə qədər minlərlə insan Heydər Əliyev Adına Beynəlxalq Hava Limanına axın edərək, hadisə nəticəsində həlak olan insanların xatirəsini yad edir.
O cümlədən bir çox ölkələr İlham Əliyevə və xalqımıza başsağlığı verib.
Bildiririk ki, başsağlığı verən və həlak olan insanların xatirəsini yad edən insanlar arasında ölkəmizin tanınmış mühafizə şirkəti olan “Security Operation Service” mühafizə şirkəti də var.
“Security Operation Service” MMC-nin direktoru Anar Məmmədov başda olmaqla, şirkətin kollektivi hava limanında əklil qoyublar.
Anar Məmmədov o cümlədən saytımıza açıqlamasında bildirib:
“Baş verən hadisədən dərin təəssüf hissi keçirdiyimizi bildiririk. Doğrudan da bu, xalqımız adına böyük faciədir. Qəzada həlak olan insanlara Allahdan rəhmət diləyir, sağ qalan insanlara isə şəfa arzulayırıq. Dövlətimiz hazırda da bu hadisənin üstünün açılmasında ciddi səy göstərir. İnanırıq ki, ədalət öz yerini tapacaqdır.”
Xatırladaq ki, AZAL sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.
Oxunub: 29