Mingəçevir İ.Qayıbov adına 10 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin xatirəsini yaşatmaq məqsədilə “Ürəklərə iz salan insan” adlı anım tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Əvvəlcə şagirdlər Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs ediblər.Anım tədbirində məktəbin seçmə istedadlı şagirdləri ulu öndərə itihaf olunmuş şeir və mahnılarla ədəbi-bədii gecəyə rəng qatıblar. Tədbir boyunca ulu öndərin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.
Anım tədbirində məktəbin direktoru Yeganə Kərimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyəti kimi milyonlarla insanın qəlbində əbədi yaşadığını söyləyib. Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən direktor Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.
Onu da qeyd edək ki,tədbir məktəb rəhbərliyinin təşəbbüsü və məktəbin müəllimi Gülər Əliyevanın təşkilatçılığı ilə hazırlanmışdır.Tədbirdə şəhid ailələri və şəhər təhsil sektorunun nümayəndələri də iştiak edib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 191