ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında "Meta" şirkətinin rəhbəri Mark Zukerberq ilə görüşüb.
Bu barədə Trampın gələcək köməkçisi və Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller "Fox News" telekanalına məlumat verib.
“Bəli, bu doğrudur. Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və bu prosesdə iştirak etmək arzusunu çox açıq şəkildə ifadə edib”, - Miller qeyd edib.
Oxunub: 23