İran rəhbəri Əli Xamənei keçmiş prezident İbrahim Rəisinin birinci müavini Məhəmməd Müxbiri özünə müşavir təyin edib.
Bu barədə İran mediası məulmat yayıb.
Xamenei imzaladığı fərmanda Məhəmməd Müxbirin vəzifəyə təyin edilməsini gənc və bacarıqlı qüvvələrin müəyyən edilməsi və işə cəlb olunması məqsədi daşıdığını bildirib.
Tənqidçilər Məhəmməd Müxbiri 2019-2022-ci illər arası İranda COVİD-19-a qarşı vaksinin ölkəyə gətirilməsinə icazə verməməkdə və bununlada 10 minlərlə iranlının ölümünə səbəb olmaqda günahlandırırlar.
Oxunub: 49