18 sentyabr - Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Mərasimdə xalq artisti, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artisti Mənsum İbrahimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışı zamanı Ü.Hacıbəylinin təkbaşına məktəb yaratdığını və onun daim fəxrlə yad ediləcəyini bildirib:
"Bizim bu gün musiqi sahəsindəki bütün uğurlarımız Üzeyir bəylə əlaqəlidir".
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.
Foto: Samirə Həsənova
Oxunub: 90