Rusiyada müstəntiqlər dünən Volqoqrad vilayətində qiyam baş verən cəzaçəkmə müəssisəsinin əməkdaşlarını dindirməyə başlayıb.
Bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarında mənbəyə istinadən TASS yayıb.
Bildirilir ki, insidentdən sonra sözügedən həbsxanada əməliyyat-istintaq qrupu fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, işçilərlə yanaşı məhbuslar da dindirilir.
Mənbənin sözlərinə görə, cəzaçəkmə müəssisəsinə qadağan olunmuş təşkilatların bayraqlarının necə gətirilməsi, məhbusların bıçaq, qayçı, mobil telefon, partlayıcı qurğu üçün komponentləri necə əldə etməsi araşdırılır.
Xatırladaq ki, avqustun 23-də Volqoqradda ciddi rejimli cəzaçəkmə müəssisəsində dörd məhbus həbsxananın əməkdaşlarını girov götürüb. Məhbuslardan ikisinin Özbəkistan, ikisinin isə Tacikistan vətəndaşı olduğu məlum olub. İnsident zamanı həbsxananın 4 əməkdaşı həlak olub. Hadisəni törədən 4 məhbus zərərsizləşdirilib, girovlar azad edilib. Rusiya Prezidenti Vladimir Putin insidentlə bağlı iclas keçirib.
Oxunub: 130