Olimpiya Oyunları başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Paris və ətraf ərazilərdə 200 nəfər saxlanılıb.
Bunu ölkənin daxili işlər naziri Cerald Darmanin deyib.
“200 nəfər saxlanılıb, onlardan 180 nəfəri nəzarətə götürülüb”, - o bildirib.
DİN başçısının sözlərinə görə, oyunların ilk həftəsi ərzində cinayətkarlığın səviyyəsində xeyli azalma qeydə alınıb. Zor tətbiq etməklə quldurluq hadisələrinin sayı 24 faiz, avtomobil oğurluğu halları isə 10 faiz azalıb.
O, cinayətlərin sayının azalmasını Olimpiada zamanı asayişin təmin olunmasına çox sayda polis əməkdaşının cəlb edilməsi ilə əlaqələndirib.
Oxunub: 104