Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını alıb.
Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hakimiyyəti zorakılıqla ələ keçirib, ölkədə ictimai-siyasi sabitliyi pozub vətəndaşların ölümünə səbəb olacaq kütləvi iğtişaşlar təşkil etmək istəyən dağıdıcı dəstənin qanunsuz fəaliyyəti dayandırılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, qrup cinayətkarlıq ideologiyasını dəstəkləyən, eləcə də fanatik şəkildə dini ideologiyanı qəbul edən şəxslərdən formalaşıb:
“Keçirilən əməliyyat-istintaq və əməliyyat tədbirləri ilə 4 Qırğızıstan vətəndaşı tutularaq istintaq təcridxanasına yerləşdirilib”.
Oxunub: 117