dini radikalizm və ekstremizmlə mübarizə

Gənc vətənpərvər həkim təltif edildi


Vətənpərvər gənc həkim təltif edildi
Heydər Əliyevin qayğısı ilə əvvəllər keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində, dövlət müstəqilliyimizin bərpasından sonra isə dünyanın bir sıra aparıcı universitetlərində təhsil alan gənclərimiz yüksək ixtisaslara yiyələnərək mütəxəssislərə çevrilir, ölkəmizdə bu sahənin inkişafına töhfələrini verirlər.
Belə vətənpərvər gənclərimizdən biri də Mingəçevir Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynovadır.Həkim vətənpərvər bir ailədə dünyaya göz açıb. Əmisi birinci qarabağ savaşının şəhididir. Atası həkimdir o da birinci qarabağ müharibəsi iştirakçısıdır eyni ilə əmisidə vətən müharibəsinin iştirakçısı olub.Elə buna görədə həkimə vətənpərvər bir xanımdır desək yanılmarıq. Onun vətənpərvərliyindən daha çox xəbər verən 44 günlük müharibədə əsəb xəstəlikləri ilə bağlı ona müraciət edən qazilərimizdə bunu deyir. Bu gündə həkimin xəstələrinin çoxu qazilərimizdir. Elə bu münasibətlə bu gün gənc həkimi Mingəçevir şəhər şəhid və qazi ailələrinə göstərdikləri diqqət, dəstək və qayğıya görə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) 7NEWS.az saytının baş redaktoru,media eksperti Səbuhi Abbasov fəxri diplomla təltif edib.Diplomu qazi Anar təqdim edib.
Onu da qeyd edək ki,Şəmsinur həkim “Böyük zəfər”xatirə medalı ilə də təltif olunub.
Gənc həkimin həmkarı onunla çiyin-çiyinə çalışan Rafael həkimdə deyir ki,tək-tək xanım həkimlər var ki,hərbiçi kimi medalla təltif olunur:”Vətənpərvərlik ruhu bu xanımda ta uşaqlıqdan qanına hopub.Artıq o bir həkim kimi qüsursuz fəaliyyət göstərir.O,öz işini yaxşı qurub məndə çalışıram ki,ona həmişə dəstək olum.Hətta bizi əhatə edən 9 rayonun qazilərinin hörmətini qazanmaq böyük bir fəxarət hissidir. Məhz bu tərbiyənin nəticəsidir ki, Şəmsinur xanım yalnız ona müraciət edən xəstələri müalicə etməklə kifayətlənmir, O daim araşdırır, simpozumlarda iştirak edir, insanların sağlalığı üçün əlindən gələni əsirgəmir”.

Esmira Hidayətova,Mingəçevir




Oxunub: 570
Oxşar xəbərlər
SON XƏBƏRLƏR