Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə 9 texniki yardımdan 4-ü yekunlaşmaq üzrədir.
Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantısında deyib.
O bildirib ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan və ümumi büdcəsi 5,25 milyon avro olan üç illik texniki yardım proqramıdır: "Proqram əsas tərəfdaş kimi Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, eləcə də digər dövlət qurumları ilə məsləhətləşmələr əsasında yaradılıb. Məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022-2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq Azərbaycan hökumətinə məsləhət və analitik dəstək göstərmək və onun potensialını gücləndirməkdir".
Oxunub: 175