dini radikalizm və ekstremizmlə mübarizə

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli


“Məşhur olmaqdan bu dünyada bədbəxt bir şey yoxdur. Buradan söyülürlər, digər tərəfdən çıxıb gülürlər. Axı, bu nə sənətdir? Allah məni bir daha dünyaya gətirsə, həyatım boyu bir də bu sənətə gəlmərəm. İstəmərəm ki, bir adam belə məni tanısın. Mənim kimi bir insana necə şərlər, böhtanlar atıldı. Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Kim reytinqə, kim paxıllığa görə bunları edir”. 

Bunu Əməkdar artist Mətanət İsgəndərli qatıldığı teleproqramlardan birində deyib.

“Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, məşhur olmazdım. Boynum sınaydı bu sənətə gələndə.

Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Məşhur olmayan insanlara həsəd aparıram. Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm”,- o bildirib.(Lent)

Oxunub: 172
Oxşar xəbərlər
SON XƏBƏRLƏR