dini radikalizm və ekstremizmlə mübarizə

25 yaşlı qadın öldürüldü - Əri tutuldu


Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

Oxunub: 43
Oxşar xəbərlər
SON XƏBƏRLƏR