07.03.2024 - cü il tarixində Mingəçevir şəhəri Texniki humanitar liseydə 8Mart Beynəlxalq Qadınlar günü münasibətilə təqaüddə olan müəllimlərlə liseyin gənc müəllimlərinin görüşü oldu. "Ömür boyu öyrədənlər" adlı bu tədbirdə liseyin təqaüddə olan ibtidai sinif müəllimi, "Üçüncü bahar" İB- nin Mingəçevir şöbəsinin üzvü Minayə Məmmədovanın əl işlərindən ibarət sərgiyə baxış oldu. Sərgi öz zənginliyi, rəngarəng işləri ilə böyük marağa səbəb oldu. Sonra çay süfrəsi arxasında xatirələr anıldı, zəngin həyat və peşə təcrübəsi olan bu müəllimlər gənc müəllimlərə tövsiyyələr verdilər, təqaüddə olan Zemfira müəllimənin bişirdiyi şirniyyatla çay içərək liseydəki əmək fəaliyyətlərindən söhbət açıb, yeni uğurlara sevindiklərini bildirdilər. Peşəkar təhsil əməklisi Validə xanım bu tip görüşlərin yaşlı müəllimlər üçün çox önəmli və ruhlandırıcı, gənc müəllimlər üçün isə faydalı olduğunu bildirdi.
Sonda liseyin direktoru Nailə Məmmədova həmkarlara təşəkkürünü bildirdi, Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımları təbrik edərək qeyd etdi ki, təqaüddə olan bu müəllimlər bu gün də öz təcrübələri ilə gənclərə peşə vurğunu olmağı, həvəsi, həyatı sevməyi, səbri, qayğını, diqqəti, hər yaşın öz gözəlliyini sevməyi öyrədirlər. Ona görə də onlar ömür boyu öyrədəndirlər.
Bəli, çox maraqlı bir görüşdə illərin xatirələri varaqlandı, sabaha yeni ümidlər doğdu.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 300