dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda qazanxanada partlayış baş verib, 10-dan çox avtomobilə ziyan dəyib

Bakıda qazanxanada partlayış baş verib, 10-dan çox avtomobilə ziyan dəyib

Bakının Yasamal rayonunda partlayış baş verib.

Hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(“Report”)

Oxunub: 64
Oxşar xəbərlər
SON XƏBƏRLƏR