AB rus diplomatlarının ittifaq ərazisində hərəkətlərini məhdudlaşdırmaq imkanını müzakirə edir.
Bu barədə “Politiko” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, məqsəd diplomatların Rusiyadan akkreditə olunduğu ölkəyə səfərlərini məhdudlaşdırmaqdır:
“Hazırda onlar Şengen zonasında sərbəst hərəkət edə bilirlər. Məhdudiyyətlərin Ukraynada hərbi əməliyyatların başlamasının ikinci ildönümü üçün hazırlanan 13-cü sanksiyalar paketinin bir hissəsi kimi tətbiq edilməsi təklif edilir”.
Oxunub: 134