dini radikalizm və ekstremizmlə mübarizə

Əməkdar jurnalist xəstəxanadan çıxarılıb - Vəziyyəti ağırdı



Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb.

Bu barədə onun oğlu Orxan Məmmədzadə bildirib.

Bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər.

"Atam hazrıda evdədi, vəziyyəti çox ağırdı, həkimlər ümidverici söz demirlər”, Rəhman Orxanın oğlu deyib..
Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub. 

Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.

Rəhman Orxan Modern.az saytı ilə də əməkdaşlıq edirdi.

Oxunub: 137
Oxşar xəbərlər
SON XƏBƏRLƏR