"Tək əldən səs çıxmaz",Qazi qardaşına Şəhid qızının dəstəyi
44 günlük Vətən müharibəsi Qazisi Elmin Mehdizadənin anası yazır.
Djb.az xəbər verir. Bu günlərdə redaksiyamıza gələn minnətdarlıq məktubunu oxucularımıza çatdırmaq istəyirik.
Oğlum Vətən Müharibəsi Qazisi Mehdizadə Elmin Elgün oğlunun müharibədə aldığı xəsarətlərdən beynində ankoloji şiş əmələ gəldiyi bildirilmişdi . Elminin vəziyyəti olduqca ağır idi. Şiddətli ağrılar Elmini intihar həddinə çatdırmışdı. Bir neçə xəstəxanada müalicə almasına baxmayaraq oğluma düzgün diaqnoz qoyulmamış və müalicəsi düzgün olunmamışdı. Fəal ictimai xadim, Dünya Jurnalistlər Birliyi xəbər və informasiya saytının baş redaktoru, şəhid övladı Nərmin Şabanqızına müraciət etdik. Onun məsləhəti Ege Hospitalında çalışan Nerocərrah Uzman dr. Röyal Mehtiyev oldu. Röyal həkim tərəfindən anında oğlumun əziyyət çəkdiyi xəstəliyin diaqnozu qoyuldu və şişin növü təyin edildi. Heçkəsin risk edib edə bilməyəcəyi əməliyyatı Röyal həkim uğurla həyata keçirtdi. Ege Hospitalının Rəhbərliyi Barat bəyə, Gültəkin Xanıma, Röyal həkimə, Rəvanə xanıma, Şakir bəyə və bütün personal heyyətə bir ana olaraq öz adımdan ,sevənlərinin adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Hərkəsə tövsiyyəmiz, Röyal həkim kimi savadlı, işinin peşəkarı olan həkimlərə xəstələrinizi etibar edin.
Elminin əməliyyatında ona maddi və mənəvi dəstək olan Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sədri Saleh Məmmədova, Yaşıl Sülh Təşkilatının sədri, DJB.AZ saytının Baş Redaktoru, Şəhid Şaban Cəfərov adına Xeyriyyə Cəmiyyətinin Sədri Nərmin Şabanqızına, Qazi Ramin Şirinova, Vətən Müharibəsi Qazilərinin hər birinə, Kənan və İlqar bəyə, Tərtər əhlinə, digər bölgələrdən bütün maddi və mənəvi dəstəy göstərən hərkəsə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Bu an bir atalar misalın xatırladım." Tək əldən səs çıxmaz" Çətin anımızda bizə dəstəy olan bir yumruq kimi birləşən xalqımın igid oğullarına və mərd qızına minnətdarlığımı bildirirəm.