"Təsisçilərindən biri olduğum Elçibəy İnstitutu adlı qurumdan istefa verirəm".
Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə paylaşım edib.
"Səbəb Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir", - deyə o paylaşımda bildirib.
Oxunub: 142