dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda maşın məscidin hasarına çırpıldı: 1 ölü, 3 yaralı


Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb. Bundan başqa, digər sərnişinlər Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Oxunub: 80
Oxşar xəbərlər
SON XƏBƏRLƏR