dini radikalizm və ekstremizmlə mübarizə

13 yaşlı idmançı qızıl medal qazandı



Djb.az xəbər verir. Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin idman kompleksində
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və cənab prezident İlham Əliyevin doğum gününə həsr olunmuş Respublika çempionatı keçirilib.

Yarışda 2010-cu il təvəllüdlü Yusif Namiq oğlu Babayev karatenin ashihara növü üzrə 55 kq çəkidə 1-ci yeri qazanaraq qızıl medala layiq görüldü

Birinci yerin qalibi olan Yusuf Babayevin uğurlarına dəstəy olan 44 Günlük Vətən müharibəsi Qazis, məşqçi Dünya və Avropa çempionu Fərman Rəhimovun səylə apardığı məşqlər, göstərdikləri əzmkarlıqlar Vusif Babayevin qələbəsi ilə öz nəticəsini verdi.

Birinci yerin qalibi olan, qızıl medal mükafatçısı Yusif Babayev müsahibəsində deyir:

-Bu gün çox sevincliyəm.Yarışda qalıb olacağıma əmin idim. Çünkü bu yarış Ümummilli Liderin və cənab prezidentin adını daşıyırdı. Mən həm dahi Liderimizin ruhu qarşısında öz borcumu verməliydim, həm də Ali Baş Komandanın və məşqçim Azərbaycanımızın qəhrəman oğlu,Vətən müharibəsi Qazisi Fərman Rəhimovun adını ucaltmalıydım.

Bu günkü qalibiyyətimdə onun əməyi danılmazdır.

Yusif Babayevin kürsüdə başında "SOS" yazılan papaq hər kəsin diqqətini cəlb etdiyi üçün ona sual ünvanladıq.

Bu papaq sizin idman geyiminizin tam əksidir nə üçün onu geyinmisiniz?

Yusif Babayev Atası Namiq Babayevin Özəl mühafizə şirkəti olan "Security Operation Services" MMC - də komanda rəisi vəzifəsində çalışdığını və "SOS" şirkətinin 300 yaxın müharibə iştirakçılarını, qazi və şəhid ailələrini işlə təmin etdikləri üçün onlarla qürur duyuram.
Məhz bu baxımdan vətənpərvər bir kollektivin əməyini bir idmançı olaraq məndə bu səpgidə qiymətləndirmək istədim.

Bu mənim həm atam Namiq müəllimə, həm də şirkətin direktoru Anar müəllim başda olmaqla "SOS" ailəsinə olan hörmətimin bariz nümunəsi idi. Hər kəs çalışdığı sahədə dövlətinə sədaqətlə xidmət etməlidir. Mən idmançı olaraq Azərbaycanın bayrağının ucaldılması üçün çalışdığım kimi, Atamın işlədiyi "SOS" MMC -də çalışan insanların hər biri vətəninə , xalqına xidmət edən vətəndaşlardır.

A. İLAHƏ






Oxunub: 421
Oxşar xəbərlər
SON XƏBƏRLƏR