dini radikalizm və ekstremizmlə mübarizə

Özünü və düşməni qumbara ilə məhv edən igid


Yollara baxıram ucu bucağı görünməyən yollar.İnsan həyatı da belədir başlanğıcı var sonu isə görünməzdir.

Bu yollardan kimlər gəlib keçmədi ...Kiminin yolu hamar, kiminin yolu daşlı kəsəkli, kiminin yolu isə qısa...Bəli,bir insan həyatına bənzətdim yolları. Şəhd Oktay Niyazi oğlunun da həyatı çox qısa oldu. Sonu görünməyən yollar kimi.
Kimdir bu şəhid?

Əliyev Oktay Nizam oglu 18.05.1963-cü ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub, ibtidai sınıfı Əmircan qəsəbəsində 114 sayli məktəbdə oxuyub 4- cu sinifdən sonra təhsilini Nərimanov rayonunda Ərəb ,Fars təmayüllü gimnazıyada davam edib və təhsilini fərqlənmə ilə bitirib. Sonra bir çox gənclər kimi MDB nin Moskva şəhərinə üz tutub, ticarətlə məşqul olub. Bir müddət sonra Azərbaycana qayıdıb iqtisad universitetinə qəbul olub. Hərbi xidmət yaşı çatdığı üçün təhsilini donduraraq həqiqi hərbi xidmətə yola düşür. Xidmətini Moskva şəhərində başa vurub geri qayıdandan sonra, həm oxuyub , həm də şləməyə başlayıb. 8 saylı dəmir beton zavodunda işə düzəlir, bacarıqlı işgüzarlığı ilə fərqləndiyinə görə, müxtəlif vəzifələrdə yeralır hətta zavod drektorunun köməkçisi vəzifəsinə kimi ucalir. 1990-cı ildə ayilə həyatı qurur. qəsbkar düşmənlərin Vətənimizə uzanan əlləri 20 yanvar hadisəsi, meydan hərəkatı və erməni vandallarının xainliyi, torpaqlarımıza hücumu Oktay Əliyevi Ali təhsilini yarımçıq qoyub,1 ci Qarabag müharibəsinə döyüşə könüllü qatılıbmaqa sövq edir. O ,704 ,777,703 saylı və s.h/h, tərkibində, Agdam, Agdərə, Fizuli, laçın, Cəbrayıl və s.rayonlarıda döyüşlərdə iştirak edir. Onun döyüşdə hər zaman yoldaşlarından fərqləndiyi söylənilir və Oktaya , Qrat Otkay ləgəbi verilir .
Oktay Əliyev

10. 12.1993 cü ildə Beyləqan rayonu ugrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyindən söz açan döyüş yoldaşları onun itgin düşdüyünü anlayırlar. Bir müddət sonra ,Oktay Əliyevin talış batalyonunda döyüşdüyünü eşitsələrdə
22. 12.1993 -cü ildə bizim igid döyüşçülərimiz Cəbrayıl rayon ərazisində ermənilərin səngərinə hücum edərkən Oktay Əliyevin nəşini, 4 nəfər erməni cəsədinilə birgə tapmişdilar. Cəsədlərdən məlum olmuşdur ki, Oktay Əliyevin salamat qalan bir qolundakı saat onun kimliyini, cəsədin Oktaya aid olduğunu bildirmisdir. Əsir düşməmək üçün qumbaranı partladaraq həm özün həm də düşməni məhv edərkən şəhidlik zirvəsinə ucalmisdir. Sonralar döyüşdə onunla birlikdə olan, sag qalan 6 nəfər Azərbaycan hərbiçisi Əliyev Oktayın etməniləri məhf edərək onları əsir düşməkdən xilas etdiklərini təsdiqləmişdir. Qumbara ilə özünu və erməni əsgərini məhv edərək digər hərbiçilərimizin həyatını xilas edib. Oktay Əliyev şəhidlər xiyabanında dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaəti nəzərə alıb Milli Qəhrəman adına layiq olunması üçün cəsarət qaldırılsa da müəyyən məsələlərlə bağlı proses yarımçıq qalmışdır. Hal-hazırda Suraxanı rayonunda Əliyev Oktayın adına küçə və yaşadığı binanın qarşısında baralefi mövcuddur. Azərbaycan Respublikası xatirə kitabı, Qizil qan kitabi, Əmircan şəhidləri, Binəqədi şəhidləri və bir çox kitablarda keçdiyi döyüş yolu barəsində məlumat öz əksini tapmışdır. Şəhid Əliyev Oktay ailləli idi, bir oglu hal-hazırda 2 nəvəsi var, həyat yoldaşı Əliyeva Nəsibə Suraxani Rayonu İcra Hakimiyyətində Ictimaii Şöbənin üzvü Respublika Qadinlar Cemiyyeti ve Şəhid Ailələri Müdafiəyə Cəmiyyətinin Suraxanı Rayon şöbəsinin sədridir. Oğlu Əliyev Nizaməddin Oktay oğlu hərbiçidir PTX də zabit olaraq xidmət aparır.

Şəhid Oktay Əliyevin Atası Əliyev Nizam Şərif oglu 2 ci vətən müharibəsi iştirakçısı idi. Oktay Əliyev atasını çox erkən itirib, 6 yaşında olanda atası dünyasını dəyişıb.

Anası Əliyeva Həqiqət 2009 cu ildə dünyasını dəyişib.

Allah səhidimizə və valideyinlərinə rəhmət eləsin.

Biz unutmadıq!

Oxunub: 336
Oxşar xəbərlər
SON XƏBƏRLƏR