dini radikalizm və ekstremizmlə mübarizə

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar könüllü qanvermə aksiyası keçirilmişdir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi ” Hemofiliya və talassimiyadan əziyyət çəkən uşaqlara qayğı “ dövlət proqramı, həmçinin Heydər Əliyev Fondunun “ Talassemiyasız həyat naminə “ proqramina dəstək məqsədi ilə Security Operation Services Məhdud Məsuliyyətli Cəmiyyəti qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün aksiyaya qoşulub.

Adıçəkilən şirkətdən Djb.az-a verilən məlumata görə, “SOS” 2021- ci ildən bu günə kimi humanist xarakterli aksiyaya davamlı olaraq qoşulur.

“Azərbaycan Respublikasında talassemiya və hemofiliyalı xəstələri dövlət qayğısı ilə əhatə olunurlar və bu həssas sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyi üçün nəzərdə tutulur” deyə açıqlamada bildirilir:

Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrin həyatda qalmalarına mənfi təsir göstərə bilər, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan xəstələrə dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Securityu Operation Services Məhdud Məsuliyyətli Cəmiyyəti 18 dekabr 2023-ci il tarixində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar könüllü qanvermə aksiyası keçirdi.

8 dekabr 2023- cü il tarixində şirkətin Astara şəhərində fəaliyyət göstərən qrupunda da aksiya həyat keçirilmişdir.

Qanvermə zamanı donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, hərtərəfli tibbi müayinədən sonra 100 nəfər donordan qan götürülmüşdür.

Götürülən qan nümunələri labaratoriyada yoxlanıldıqdan sonra qana ehtiyacı olan xəstəliklər üçün istifadə olunacağı bildirildi.

Humanist xarakterli aksiyaya qoşuldugu ucun, qan donorluğunda fəal istirakına və minlərlə qana ehtiyaci olan insanın həyatını xilas etdiklərinə görə, “Security Operation Services” MMC Milli Hemotologiya və Transfuziologiya Mərkəzi tərəfindən 2022 və 2023-ci ildə qan donorlugunun təşkilatçılıgında fəal işirakına və verdiyi dəstəyə görə təşəkkurnamə ilə təltif edilmişdir.




















Oxunub: 190
Oxşar xəbərlər
SON XƏBƏRLƏR