Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin hələlik konkret tarixlər yoxdur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.
O bildirib ki, səfərin hansı tarixdə reallaşması iki liderin iş qrafikindən asılı olacaq.
“Bu səfər gündəmdədir, türk tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, - deyə Peskov Türkiyəyə səfərlə bağlı planlardan danışıb.
O qeyd edib ki, bu yaxınlarda Rusiya Federasiyası prezidentinin özü belə bir səfərə hazır olduğunu bildirib.
Oxunub: 367